İstanbulda yerli vaxtla saat 15.12-yə qədər ən böyüyü 5.9 olan 51 afterşok qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, saat 12.49-da Mərmərə dənizində 6,2 bal gücündə baş verən zəlzələ 13 saniyə davam edib.
İstanbul Valiliyindən bildirilib ki, baş verən zəlzələlərdə insan itkisi olmayıb. Zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb, onların müalicəsi davam edir, həyatları təhlükə altında deyil.
Bundan əlavə, şəhərin Fatih rayonunda tərk edilmiş bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
16.20
İstanbulda hiss edilən daha bir zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
14.05
İstanbulda ardıcıl 2 zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yerli vaxtla saat 12.39-da Silivridə baş verən zəlzələ 3.9 bal gücündə olub.
İkinci zəlzələ saat 12.49-da baş verib. Bu dəfə yeraltı təkanın gücü 6.2 bal qeydə alınib.
Yeraltı təkanlar Mərmərədə hiss edilib.
Şərhlər