Xəbər lenti

Avropa Ukraynanın ərazi bütövlüyünü nəzərə almağı tələb edir
Dünya 21:41 23.04.2025

Avropa Ukraynanın ərazi bütövlüyünü nəzərə almağı tələb edir

Avropa ölkələri hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı istənilən razılaşma Ukraynanın ərazi bütövlüyü prinsipini nəzərə almalıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə AFP-yə Yelisey sarayının nümayəndəsi məlumat verib.

Fransa prezidenti Emmanuel Makronun ofisi agentliyə bildirib ki, Ukraynanın ərazi bütövlüyü və onun Avropa istəkləri avropalılar üçün çox vacib tələblərdir.

Bu arada Böyük Britaniyanın baş naziri Kir Starmerin nümayəndəsi ABŞ-ın Rusiya və Ukraynanın təklif olunan şərtlərlə razılaşmadığı təqdirdə danışıqlar prosesindən çıxmaqla hədələməsini şərh edib. "Ukrayna son nəticədə öz gələcəyini özü həll etməlidir. Biz heç vaxt Ukraynanı tərk etməyəcəyik", deyə AFP mənbəsi bildirib.

Aprelin 23-də ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Moskva və Kiyev Vaşinqtonun münaqişənin həlli təklifini qəbul etməsələr, Amerika tərəfi danışıqlar prosesindən çıxacaq. Bu bəyanat ABŞ dövlət katibi Marko Rubionun Ukrayna və Avropa rəsmiləri ilə sülh planını müzakirə etmək üçün Londona getməkdən imtina etməsindən sonra verilib.

KİV-in məlumatına görə, imtinaya səbəb Ukraynanın Krımla bağlı mövqeyi olub. İndi ABŞ-ı Londonda keçirilən görüşdə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq təmsil edir. Ukrayna nümayəndə heyəti artıq britaniyalı həmkarları ilə görüşüb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->