"Ucuzluq" və "Park 20 Shopping" Ticarət Mərkəzində fəaliyyət göstərən "Elmas" geyim mağazasında oğurluq olub.
Qaynarinfo xəbər verir ki, R.Z. adıçəkilən mağazalara müştəri qismində daxil olaraq alıcıların ciblərini "təmizləyib".
O, "Ucuzluq"da içərisində 1115 manatlıq, "Elmas"da isə 3625 manatlıq oğurluq edib.
R.Z. hadisədən qısa müddət sonra ələ keçib. Ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. R.Z. özünü qismən təqsirli bilib. O, "Ucuzluq" geyim mağazasından oğurluq etmədiyini deyib. Digər hadisəyə gəlincə, bildirib ki, paltarlara baxarkən divanın üzərində cibində pul olan gödəkcə görüb və onu götürərək mağazanı tərk edib.
Məhkəmənin hökmü ilə R.Z. 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Seyid
Şərhlər