Əməkdar artist Çingiz Əhmədov sosial şəbəkələrdə ölüm xəbərinin yayılmasına münasibət bildirib.
Aktyor Qaynarinfo-ya açıqlamasında haqqında yayılan xəbərdən narahat olduğunu deyib:
"Hər gün efirdəyəm. Həftənin 3-4 günü bir telekanalda, digər günlər də başqa kanallarda çıxış edirəm. Tamaşaçılar da məni orada görür. Bilmirəm, bu insanlar hara gedir? Bununla nə demək istəyirlər? Haqqımda yayılan belə videolara ad qoya bilmirəm".
Qeyd edək ki, bir neçə gündür, "TikTok" sosial şəbəkəsində Əməkdar artist Çingiz Əhmədovun ölüm xəbəri yayılır.
Bahar Rüstəmli
Şərhlər