Bakının daha bir ərazisindəki binalar söküləcək (VİDEO)
Bakının daha bir ərazisində söküntü işləri aparılacaq.
Söhbət Xətai rayonu, Oksigen küçəsi, ev 1 və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalardan gedir.
Çəkiliş zamanı məlum oldu ki, İlqar Həbibov küçəsindəki binanın də söküntüsü planlaşdırılır.
Dövlət Şəhərsalma və Arxitektura Komutəsindən verilən məlumata görə, proses hələ tender mərhələsindədir. Müqavilədə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər