Xəbər lenti

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
Ölkə 21:50 18.07.2025

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.

Bu barədə Qaynarinfo-ya Ombudsman Aparatından bildirilib.

Qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.

Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.

Ombudsmanın MPQ üzvləri tərəfindən qəbul edilib saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyib, görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.

Məsələ Ombudsmanın diqqətində saxlanılır.

Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->