Xəbər lenti

Maşınını işçilərə yudurdan məktəb direktoru işdən çıxarıldı
Ölkə 21:14 18.07.2025

Maşınını işçilərə yudurdan məktəb direktoru işdən çıxarıldı

Texniki işçilərə maşınını yudurdan  Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Trend” məlumat yayıb.
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->