Xəbər lenti

Azərbaycan millisinin üzvü rəsmən “Sivasspor”da
Ölkə 20:57 18.07.2025

Azərbaycan millisinin üzvü rəsmən “Sivasspor”da

Azərbaycan milli komandasının üzvü Mert Çelikin "Sivasspor”a keçidi rəsmiləşib.

Qaynarinfo xəbər verir ki, Türkiyə klubu transferi rəsmən açıqlayıb.

Müxtəlif vaxtlarda "Bandırmaspor” və "Başakşehir”in formasını geyən Çelik indi də "Sivasspor”la anlaşıb. Mert bu mövsüm Super Liqanı tərk edən klubla 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Çelik uzun müddət "Zimbru” ilə danışıq apardı. Lakin sonda Moldova klubu ilə maaş məsələsində anlaşmaq mümkün olmadı. O, son mövsümü Premyer Liqanı tərk edən "Səbail”də keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->