ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər.
APA xəbər verir ki, bu barədə "The Times” qəzeti məlumat yayıb.
Məqalədə qeyd edilir ki, ABŞ-la Çin arasında bir sıra ticarət sazişləri Trampı Pekinlə bağlı sərt mövqeyinə yenidən baxmağa vadar edib.Bu isə amerikalı liderin İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə təşkil olunacaq hərbi parad üçün Pekinə dəvət oluna biləcəyi barədə ehtimalları gücləndirib.
Şərhlər