Xəbər lenti

Rüfət Nasosnu Elçin Göyçaylının həbsindən danışdı
Ölkə 18:22 18.07.2025

Rüfət Nasosnu Elçin Göyçaylının həbsindən danışdı

"Avtoxuliqanlıqdır, belə hərəkət etmək olmaz”.

Bunu Qaynarinfo-ya meyxanaçı Rüfət Nasosnu müğənni Elçin Göyçaylının həbsinə münasibət bildirərkən deyib. Meyxanaçı avtomobilinə oturan kimi kəmərini bağladığını vurğulayıb. 

"Kimliyindən asılı olmayaraq, rol arxasında hər kəs kəməri mütləq bağlamalıdır”. 

Rüfət Nasosnu E.Göyçaylını məşhur edən "Nə oldu, Paşinyan?” ifasından da danışıb:

"Əgər müğənninin bir və ya iki ifası "tutubsa”, bu o demək deyil ki, populyardır. Populyarlıq odur ki, Gədəbəyə gedəndə orada bir marketə girirsən və kənddə hamı səni tanıyır”.

Qeyd edək ki, müğənni Elçin Göyçaylı həbs olunub. Araşdırma zamanı məlum olub ki, müğənni avtomobili sərxoş halda idarə edib və hərəkət qaydalarını pozub.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->