21 aprel 2025-ci ildə Papa Fransiskin vəfatından sonra Kardinallar Kollegiyası yeni Papanın seçilməsi üçün konklava hazırlaşır. Bu seçki Katolik Kilsəsinin gələcək illərdəki istiqamətini müəyyənləşdirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek”
yazır.
Fransisk sağlığında səsvermə hüququ olan kardinalların əksəriyyətini özü təyin etmişdi. Notr-Dam Universitetinin teologiya professoru Ulrix Lenerin sözlərinə görə, onun idarəetmə tərzi kardinallar arasında şəxsi münasibətlərin formalaşmasına imkan verməyib. Əsas sual budur: yeni Papa, Fransiskin islahatlarını davam etdirəcəkmi?
Nyu-Hempşir Universitetinin dekanı Mişel Dillon qeyd edir: "Fransisk daim şəffaflıq və peşəkarlıq yaratmağa çalışırdı"
80 yaşdan aşağı kardinallar Sixtin Kapellasında gizli səsvermədə iştirak edirlər. Papa seçilməsi üçün 2/3 səs lazımdır. Ağ tüstü - "Papa seçildi", qara tüstü - "səsvermə davam edir" deməkdir.
Dillonun fikrincə, matəm dövründə kardinallar arasında şəxsi əlaqələr qurmaq üçün çoxlu imkanlar olacaq.
Yeni Papa kim ola bilər?
Luis Antonio Taqle (Filippinlər) - 67 yaşında. Proqressiv namizəd, Fransiskin yaxın adamıdır.
Pietro Parolin (İtaliya) - 70 yaşında. Vatikanın Dövlət Katibi, orta xəttli diplomat kimi tanınır.
Peter Terkson (Qana) - 76 yaşında. Sosial ədalət uğrunda mübarizəsi ilə tanınır. 1500 ildən sonra ilk afrikalı Papa ola bilər.
Peter Erdyö (Macarıstan) - 72 yaşında. Mühafizəkar, ortodoks düşüncənin tərəfdarıdır. Müqəddəs II İohann Pavelin yoluna dönüşü dəstəkləyənlər üçün ideal seçimdir.
Anjelo Skola (İtaliya) - 82 yaşında. Ənənəçidir, 2013-cü il konklavının finalçılarındandır. Yaşı əsas mənfi amil sayılır.
Nə olacaq?
Konklav, Papa vəfat etdikdən 15-20 gün sonra başlayır. Bu müddətdə qeyri-rəsmi namizədlərin razılaşdırılması prosesi gedir. Yeni seçiləcək Papa bir yol ayrıcında olan Kilsəyə rəhbərlik edəcək - Avropadakı böhran və Qlobal Cənubda artan nüfuz arasında seçim etməli olacaq.
Alpər
Şərhlər