"Xiaomi” şirkəti 15 model smartfon üçün vacib aprel yeniləməsini istifadəyə verib. Bu yeniləmə cihazların proqram təminatındakı kritik zəiflikləri aradan qaldırır, buna görə də onu quraşdırmaqda gecikmək məsləhət görülmür.
Qaynarinfo "XiaomiTime” portalına istinadla xəbər verir ki, şirkət zərərli tətbiqlərə qarşı təhlükəsizliyi artırıb, yaddaş idarəetməsindəki problemləri düzəldib və şəbəkə təhlükəsizlik protokollarını
təkmilləşdirib.
Yeniləmə aşağıdakı modellər üçün əlçatandır:
Xiaomi 14
Xiaomi 14 Pro
Xiaomi 13 Ultra
Xiaomi 12T Pro
Xiaomi 12S
Redmi Note 14 4G
Redmi Note 12 Pro
Redmi Note 12 Pro+
Redmi Note 12 Discovery
Redmi K80
Redmi K70
Redmi K50 Ultra
Poco X5 5G
Poco F7 Pro
Poco F6 Pro
Yeniləməni almaq üçün sadə addımları izləyin: "Ayarlar” bölməsinə daxil olun → "Telefon haqqında” → "Sistem yeniləməsi” seçimini seçin və "Yeniləmələri yoxla” düyməsinə toxunun.
Qeyd olunur ki, yeniləmə mərhələli şəkildə yayımlanır, buna görə də bəzi cihazlar digərlərindən sonra yeniləməni alacaq. Adətən "Xiaomi” yeniləmənin yayılmasını 2-3 həftəyə başa çatdırır.
Şirkət həmçinin qlobal miqyasda HyperOS 2 sisteminin yayımını başa çatdırıb – bu sistem 8 regionda ümumilikdə 116 cihaz üçün əlçatan olub. Yeniləmə təkcə flaqman modelləri deyil, həm də orta və büdcə seqmentinə aid cihazları əhatə edir.
HyperOS 2.1 və HyperOS 2.2 versiyalarının yayımı aprel-may aylarında başlayacaq. Artıq iyun-iyulda isə Android 16 əsasında qurulmuş tamamilə yeni HyperOS 3 təqdim ediləcək. Cihazınızın bu sistemi alıb-almayacağını indi müəyyənləşdirmək vacibdir – bəlkə də yeni modelə keçidi düşünməyin vaxtıdır.
Alpər
Şərhlər