Nazilə Səfərli illərdir küsülü olduğu rəqqasə Fatimə Fətəliyeva ilə eyni məclisdə iştirak etməsinə aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, kimin harada iştirak etməsi ona qətiyyən maraqlı deyil:
"Mənə maraqlı olan odur ki, mən hardayam. Elə ucuz xarakterli insan deyiləm ki, kimsə məni ad gününə çağıranda məclisə kimlərin dəvətli olduğunu soruşam. Masada o oturub, sonra mən gəlib oturmuşam, bunun nə aidiyyatı var. Bir başqasının ziyafətinə qanqaraçılıq salmaq olmaz, bunu özümə yaraşdırmıramsa, başqasına da rəva bilmirəm”.
Nazilə Səfərli danışılanları çox primitiv alandırıb:
"Mahnı sümüyümə düşüb oynayıram, yaxud da Ayan mənim məclislərimdə özünü yaxşı aparıb, əylənib. Mən də onun ad gününə özəl hazırlaşmışam, yaxşı da əylənmişəm. Başqa nə var, nə yox, umrumda olmayıb. Nə yalan deyim, dünən o qədər xoşbəxt idim ki, gözüm ayağımın altını gördmürdü, o ki qala hansısa rəqqasəni. Mənə heç kəs maraqlı deyildi”.
Qeyd edək ki, müğənni Ayan Babakişiyevanın ad günündə maraqlı anlar yaşanıb. Uzun müddət küsülü olan rəqqasə Fatimə Fətəliyeva və Nazilə Səfərli də qonaqlar arasında olub. Deyilənə görə, hətta hər iki sənətçi əylənərkən göz-gözə gəlməməyə çalışıblar.
Bahar Rüstəmli
Şərhlər