Xəbər lenti

Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərləndi
Ölkə 17:24 21.04.2025

Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərləndi

Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi  olmaqla) hospitalizasiya olunub.

TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->