Xəbər lenti

ABŞ Ukraynanın NATO-ya qoşulmaqdan imtinasını atəşkəs planına daxil edir
Dünya 21:10 18.04.2025

ABŞ Ukraynanın NATO-ya qoşulmaqdan imtinasını atəşkəs planına daxil edir

Parisdə müttəfiqləri ilə görüşdə amerikalı diplomatlar Ukraynadakı münaqişənin nizamlanması planına ölkənin NATO-ya üzv olmaqdan imtinasını da daxil etməyi təklif ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Aprelin 17-də ABŞ, Ukrayna, Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər. Avropalı müttəfiqlər NATO-ya qoşulmağa alternativ olaraq atəşkəsə nəzarət etmək üçün Ukraynaya sülhməramlı missiya göndərməyi təklif edirlər.

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə Rusiya ilə danışıqlara hazır olduğunu bildirib. Əvvəlcə Ukrayna hakimiyyəti ölkənin NATO-ya daxil olmasında israr etsə də, Rusiya bu cür şərtlərlə sülhdən imtina etdi. NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, münaqişə həll olunandan sonra Ukraynaya heç vaxt Şimali Atlantika Alyansına üzvlük vəd edilməyib. ABŞ dövlət katibi Marko Rubio dünən bildirib ki, alternativ təhlükəsizlik təminatları məsələsi hələ də ətraflı müzakirə olunmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->