Xəbər lenti

223 il həbs cəzası ilə axtarılan şəxs çobanlıq edərək gizlənib - ANBAAN VİDEO
Video 17:15 18.04.2025

223 il həbs cəzası ilə axtarılan şəxs çobanlıq edərək gizlənib - ANBAAN VİDEO

Türkiyənin Batman vilayətində 223 il qəti həbs cəzası ilə axtarışda olan M.Ş.B. jandarma tərəfindən keçirilən əməliyyat nəticəsində yaxalanıb. 

Qaynarinfo-nun məlumatına görə, o, gizlənmək üçün çobanlıqla məşğul olub.

Jandarma Komandanlığının Jandarma Cinayət Araşdırma Qrupları (JASAT) tərəfindən barəsində 20 vilayətdə əmlaka qarşı cinayətlərdən 55 axtarış qərarı olan və 223 il qəti həbs cəzası çıxarılmış M.Ş.B.-nin tutulması üçün 8 ay əvvəl araşdırmalara başlanılıb.

Aparılan araşdırma nəticəsində şübhəlinin rəsmi olaraq qeydiyyatda olduğu Sason rayonundan uzaqda və qohumlarının yaşamadığı Beşiri rayonunun kənd ərazisində çobanlıq edərək gizləndiyi müəyyən olunub.

Jandarmanın keçirdiyi əməliyyatla saxlanılan M.Ş.B., ilkin istintaq tədbirlərindən sonra məhkəməyə çıxarılıb və sonra həbs olunub. O, Batman T Tipi Qapalı Cəza İcra Müəssisəsinə göndərilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->