Xəbər lenti

Yüksək Liqa:
İdman 20:12 01.05.2025

Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire"ı məğlub etdi

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XVI turunda "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire"ı məğlub edib.

Qaynarinfo xəbər verir ki, görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" İK - "Şuşa" matçı birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib. Turun son matçında U-19 "Yasamal Baku"nu 7:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu oyunlardan sonra "Araz-Naxçıvan" xallarının sayını 40-a yüksəltməklə lider mövqeyini bir qədər də möhkəmləndirib. "Neftçi" İK 37 xalla ikinci pillədə qərarlaşıb. Yüksək Liqada ilk "3-lüy"ü 35 xalla "Baku Fire" qapayır. "Şuşa" (18 xal) dördüncü, U-19 (12 xal) beşincidir. Xalı olmayan "Yasamal Baku" isə sonuncu - 6-cı yerdədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->