Xəbər lenti

Türkiyə vətəndaşına qarşı
Ölkə 22:57 01.05.2025

Türkiyə vətəndaşına qarşı "taksi dələduzluğu"

Türkiyə vətəndaşına qarşı dələduzluq etmiş şəxs həbs olunub. 

Qaynarinfo xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib. 

Taksi faliyyəti ilə məşğul olan E.B. Türkiyə vətəndaşı Ş.A-nı müştəri kimi tanıyıb. E.B. Türkiyə vətəndaşını Hacıqabul rayonuna aparan zaman müştəri Azərbaycanda taksi fəaliyyətinin gəlirli olub-olmaması ilə maraqlanaraq bildirib ki, o da avtomobil alaraq taksi kimi icarəyə vermək istəyir. 
E.B. bu məsələdə ona kömək edə biləcəyini deyib. Türkiyə vətəndaşı E.B. ilə danışdıqdan sonra elə onunla birlikdə Bakıdakı maşın bazarlarından birinə gedib və oradan iki avtomobil alıb. 

Bir müddət keçdikdən sonra isə E.B. ona Şirvan şəhərində "Hyundai İ30” markalı avtomobil satıldığını bildirib. E.B.-nin məsləhəti ilə həmin avtomobili 14 300 manata alıb. Türkiyə vətəndaşı aldığı avtomobili elə E.B.-nin özünə icarəyə verib. 

E.B. bir qədər sonra Ş.A.-dan maşına sərəncam verilməsinə dair etibarnamə istəyib. Bildirib ki, bu halda daha yaxşı işləyə bilər. 

Türkiyə vətəndaşı onunla razılaşaraq etibarnamə verib. Problem də bundan sonra başlayıb. Ş.A. bir müddət sonra maşının sahibinin dəyişdiyini görüb və məsələnin nə yerdə olduğunu anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. 

E.B. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. 

İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. 
E.B. məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin məhkəmə onun ifadəsinin özünü müdafiə xarakteri daşıması qənaətinə gəlib. 

Məhkəmənin hökmü ilə E.B. 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->