Fransa Milli Assambleyasında Milli Cəbhə fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün məhkəmə prosesini davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Le Pen Narbonnada keçirilən 1 May mitinqindəki çıxışında vurğulayıb ki, o, iki il sonra yenidən ən yüksək hökumət postuna namizəd olmaq üçün siyasi reabilitasiyası uğrunda mübarizə aparmaq qərarına gəlib.
Siyasətçi tərəfdarlarının diqqətini qarşıdan gələn 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə cəlb edib və onun dediyinə görə, bu seçkilər onun "demokratiyanı müsadirə etmək cəhdi" ilə üzləşmək üçün tramplin olacaq.
Martın 31-də Marin Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və bundan əlavə, siyasətçi 5 il dövlət vəzifəsində çalışa bilməyəcək. Onun cəzasını həbsxanada çəkməyəcəyi və təyin müddəti evdə elektron qolbaqla keçirəcəyi qeyd edilir.
Aydın
Şərhlər