Xəbər lenti

Moskvanın yumşaq anneksiya siyasəti: Paşinyan konsulluq açmağa izn verməsə...
Dünya 18:04 01.05.2025

Moskvanın yumşaq anneksiya siyasəti: Paşinyan konsulluq açmağa izn verməsə...

"İrəvan Qafqanda baş konsulluq açmaqla bağlı Moskvanın təklifinə müsbət yanaşmamaqda davam edərsə, Ukrayna münaribəsində qalib gələcəyi təqdirdə Rusiya Ermənistanı olduqca sərt şəkildə cəzalandıracaq”. 

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev Paşinyanın Rusiyaya Qafanda baş konsulluq açmağa icazə verməyəcəyi halda Moskvanın ona münasibətdə atacağı addımları şərh edərkən deyib: 

"Rusiyanın postsovet ölkələrini təhdid edən ritorika ilə danışması artıq adi hala çevrilib. Kreml harda rus icması varsa, bundan istifadə edib həmin bölgələrdə separatizm toxumları səpir və onlar vasitəsilə ölkələrin ərazi bütövlüyü, suverenliyini təhdid edir və həmin ərazilərə hücum üçün sanki bəhanə axtarırlar. Bunu bir sıra postsovet ölkələrində baş verən separatizm dalğasının təzahüründə görə bilərik. Neoimperalist maraq güdən Rusiya yaxın ətraf ölkələrində konsulluq nümayəndəliyinin açılmasına adətən yumşaq anneksiya aləti kimi baxır. Moskva həmçinin postsovet ölkələrinin müstəqil xarici siyasətinə də dözümlü yanaşmır. Bütün bunlar o deməkdir ki, Rusiya bütün postsovet ölkələrini hələ də təhdid etməkdə davam edir. Aydın məsələdir ki, Rusiya Ukraynada məğlub olmasa, taym-aut əldə etdikdən sonra daha böyük bir anneksiya siyasətinə başlaya bilər”. 



Ekspert qeyd edir ki, Moskva imperiyanın genişləndirilməsi müharibəsinə hazırlaşır: 

"Kreml ideoloqu Dugin bu günlərdə bəyan edib ki, Rusiya 50-60 ilə imperiyanın genişlənməsi müharibəsinə hazır olmalıdır. Bu təhdidlər Paşinyan hökumətinin Qərbə istiqamət götürdüyü Ermənistana münasibətdə də mövcuddur. Ancaq Qərbə istiqamət götürmək Paşinyan üçün çox risklidir. Hətta onu terrorla təhdid edirlər. 

Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsi fonunda Ermənistan Moskvanın Qafanda baş konsulluq açmaq təklifini qəbul etməsə, bu halda o, İrəvanla sərt ritorika ilə danışmalı olacaq. MDB əsasnaməsi Rusiyaya bəzi imkanlar verib. Burada qeyd edilir ki, ümumi iqtisadi və xarici siyasət məsələləri Moskva ilə razılaşdırılmalıdır. Hələliksə, Rusiya postsovet ölkələri, o cümlədən konsulluq məsələsilə əlaqədar İrəvanla münasibətləri aydınlaşdırmağa tələsməyəcək. Çünki yaxın perspektivdəki hədəfi Ukraynada ciddi uğur əldə etməkdir”. 

Qeyd edək ki, Moskva Qafan şəhərində Rusiya baş konsulluğunun açılması məsələsinin tezləşdirilməsi üçün Ermənistana təzyiq edir.

Bu barədə "Past” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, məsələ uzun müddətdir müzakirə mövzusu olsa da, Ermənistan hakimiyyəti yekun qərarı gecikdirir:

"Baş nazir Nikol Paşinyana bütün kanallarla xəbərdarlıq edilib ki, baş konsulluq məsələsi yaxın vaxtlarda həll olunmasa, bunun sərt nəticələri olacaq.

Xatırladaq ki, Rusiyanın Qafanda konsulluğunun açılması məsələsi üç ilə yaxındır müzakirə edilir. 2023-cü ilin sentyabr ayından etibarən konsulluğun açılışına hazırlıq işlərinə cavabdeh olan aparıcı qrup Qafanda işləyir. 

Bu il aprelin 9-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın may ayına qədər Qafanda baş konsulluğun açılması məsələsinə aydınlıq gələcəyini gözlədiyini açıqlayıb. 

Hələliksə Qafanda İran konsulluğu fəaliyyət göstərir, Fransa konsulluğunun açılması məsələsi də müzakirə olunur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->