Xəbər lenti

Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir
Ekonomiks 14:21 25.04.2025

Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir

Yelo Bank, fərdi sahibkar müştərilərinə daha sürətli və rahat həllər təqdim etmək üçün kredit rəsmiləşdirilməsi zamanı sənədlərin tam rəqəmsal şəkildə imzalanmasını təqdim edir. Artıq Bankın müştəriləri kağız daşıyıcılara qol çəkmədən, "SİMA İmza” istifadə edərək müqavilələri rahatlıqla imzalaya bilərlər.

Xidmət çərçivəsində Bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə "SİMA” mobil tətbiqində öz sahibkar sertifikatı ilə bu QR kodu skan edir, sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar öz dəyərli vaxtına qənaət edir və kağız sənədlərlə iş prosesindən azad olur.

Yelo Bank, həmçinin, mobil tətbiqində "SİMA İmza” ilə qeydiyyat prosesini daha da sadələşdirərək, müştərilərinə onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradır. Bank gələcəkdə də sahibkarların işini daha da asanlaşdıracaq rəqəmsal həllər təqdim etməyə davam edəcək. 

Yelo Bank-dan mikro biznes kredit sifarişi üçün: https://bit.ly/42Mruym

Bank xidmətləri, o cümlədən mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo kart” – Parlaq bankçılıq!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->