Rusiyaya giriş üçün bu kod istəniləcək - Tələblər daha da sərtləşdirilir (VİDEO)
Rusiya miqrasiya qanunvericiliyini sərtləşdirməkdə davam edir. Yeni qaydalara əsasən, iyunun 30-dan etibarən vizasız rejimlə Rusiyaya daxil olmaq istəyən əcnəbilər planlaşdırılan giriş tarixindən ən azı 72 saat əvvəl xüsusi mobil tətbiq vasitəsilə giriş müraciəti təqdim etməlidirlər.
Mövzu ilə bağlı danışan millət vəkili Azər Allahverənov deyir ki, bu qayda ilkin mərhələdə bir il müddətində keçərli olacaq.
Onun sözlərinə görə, Rusiya qanunvericiliyində sərtləşdirilmə bununla da məhdudlaşmır. Təklifə əsasən, Rusiyada 90 gündən artıq qalan əcnəbilər, o cümlədən iş və yaşayış icazəsi üçün müraciət edənlər üçün tibbi arayışın təqdim edilməsi də zəruri hala gətirilir.
Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, istisna hallarda Rusiyaya səfər zamanı 72 saat əvvəldən məlumat vermək tələbi qoyulmaya bilər. Bunun üçün isə səfər zəruri hesab edilməlidir.
Ekspert deyir ki, iyun ayından sonra Rusiyaya səfər planlaşdıran və indidən aviabilet alan şəxslər diqqətli olmalıdır. İcazə verilmədiyi halda onlar maddi zərərlə üzləşə bilərlər.
Ekspertin sözlərinə görə, yeni yanaşma bütün hallarda qanunsuz
miqrasiyanın qarşısını almağa hesablanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər