"Tramp Ərdoğan kimi güclü liderlərə rəğbət bəsləyir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Türkiyə və ABŞ prezidentlərinin telefon danışığını şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, ABŞ-la Türkiyə arasında münasibətlər həmişə yüksək səviyyədə olub:
"Türkiyə Yaxın Şərqdə, Orta Asiyada ABŞ-ın əsas dayağıdır. Ankara ilə Vaşinqton arasında ara-sıra hansısa problemlər yaransa da, bütövlükdə bu müttəfiqlik qlobal siyasətdə mühüm rol oynayır. Türkiyə olmadan ABŞ ətraf regionda manevr etmək üçün ciddi problemlərlə üz-üzə qala bilər. Tramp güclü liderləri xoşlayır. Ərdoğan da güclü lider sayılır. Bu mənada, Tramp Ərdoğana münasibətdə heç zaman rəğbətini gizlətməyib".
Ekspertin fikrincə, Trampın Türkiyəyə dəvət olunması ona işarədir ki, ABŞ regionda öz siyasətini həyata keçirmək üçün Ankaranın imkanlarından maksimal dərəcədə istifadə münasibətdə heç zaman rəğbətini gizlətməyib.
Mehman Əliyev hesab edir ki, Trampın Türkiyəyə dəvət olunması ona işarədir ki, ABŞ regionda öz siyasətini həyata keçirmək üçün Ankaranın imkanlarından maksimal dərəcədə istifadə etməkdə maraqlıdır:
"Ona görə də Trampın Türkiyəyə səfəri realdır və region, Ankara və ABŞ-ın özü üçün yaxşı nəticələr verəcək".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Türkiyə lideri Trampın müharibələrə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb. Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Sonda Ərdoğan həmkarını Türkiyəyə dəvət edib.
Rüfət Sultan
Şərhlər