Xəbər lenti

İlham Əliyevdən Kamran Əliyevlə bağlı sərəncam
Ölkə 16:50 01.05.2025

İlham Əliyevdən Kamran Əliyevlə bağlı sərəncam

Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->