Nüfuz alverində ittiham edilən vəkil Misir Şahquliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Şahquliyevin vəkili Kamandar Nəsibov bildirib ki, məhkəmə araşdırmasının sonunda müvəkkilinin əməli tövsif edilib. Maddə dəyişdiyindən cinayət təqibinə xitam verilib. Misir Şahquliyev cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, M.Şahquliyev prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. İddia olunurdu ki, təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi qismində iştirak edən Misir Şahquliyev öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına təsir etmək imkanının olmasını bildirib, müvəkkilinə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul alıb.
Vəkil barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Şərhlər