Bakıda toyda kütləvi zəhərlənmə baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda oxuyan müğənnilərin də olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər