Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın II Bundesliqasında çıxış etdiyi "Nürnberq” klubunun heyətində növbəti dəfə fərqlənib.
Qaynarinfo xəbər verir ki, 28 yaşlı hücumçu XXX tur çərçivəsində "Paderborn”la keçirilən ev oyununda iki dəfə rəqib qapısına yol tapıb.
Emreli artıq 2-ci dəqiqədə hesabı açsa da, komandası ardıcıl üç qol buraxaraq üstünlüyü əldən verib. O, uzatma dəqiqələrində ikinci qolunu vuraraq dubl etsə də, bu, "Nürnberq”i məğlubiyyətdən xilas edə bilməyib – 2:3.
Qeyd edək ki, Mahir Emreli matç boyu əvəzlənmədən oynayıb. Hazırda 30 oyundan 44 xal toplayan "Nürnberq” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Şərhlər