Xəbər lenti

Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində (FOTO)
Siyasət 17:52 19.04.2025

Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində (FOTO)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun yas mərasimində iştirak edib.

Qaynarinfo xəbər verir ki, mərasim Alanyada baş tutub.

Ceyhun Bayramov sabiq həmkarına başsağlığı verib.

Qeyd edək ki, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu iki gün öncə 93 yaşında vəfat edib. Onun vəfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də M.Çavuşoğluna başsağlığı vermişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->