Xəbər lenti

Süni intellekt texnologiyalarında yenilik dalğası:
Texnologiya 16:08 13.04.2025

Süni intellekt texnologiyalarında yenilik dalğası: "Nvidia"nın taxtı təhlükədədir?

Süni intellekt (Al) avadanlıq texnologiyalarında baş verən sürətli inkişaflar, "Nvidia"nın sektordakı lider mövqeyini hələ də müəyyən etsə də, Böyük Britaniya mərkəzli yenilikçi startap "Fractile" dil modellərini daha sürətli və daha az xərclə işlədə biləcəyini iddia edərək bu liderliyə ciddi təhdid yaradır.

Qaynarinfo xəbər verir ki, Al avadanlıqları sahəsində mübahisəsiz lider olan "Nvidia" yüksək məhsuldarlığa malik GPU-ları və "CUDA" proqram təminatı ilə böyük AI modellərinin təlimi və istifadəsi üçün texnologiya dünyasının əsas seçiminə çevrilib. Lakin bu liderlik, ona meydan oxuyan rəqiblərin sürətlə artmasının qarşısını ala bilmir.

"Amazon", "Google", "Microsoft" və "Meta" kimi texnologiya nəhəngləri "Nvidia" çiplərindən asılılığı azaltmaq üçün özəl çip hazırlama istiqamətində böyük sərmayələr yatırır. Bundan əlavə, "Nvidia"nın liderliyini sarsıtmağı hədəfləyən və daha səmərəli və ya daha uyğun maliyyətli alternativlər təqdim etməyə çalışan bir çox yeni startap da mövcuddur.

"Fractile" və yeni nəsil süni intellekt avadanlıqları

Bu yeni təşəbbüslərdən biri olan və Böyük Britaniyada yerləşən "Fractile", mövcud sistemlərlə müqayisədə süni intellekt dil modellərini 100 dəfə daha sürətli və cəmi onda bir xərclə işlədə bilən inqilabi texnologiya hazırladığını bildirir. Şirkət "NATO" və keçmiş "Intel" baş direktoru Pet Gelsinger də daxil olmaqla nüfuzlu investorlar qrupuna sahibdir.

"Fractile" istehsal etdikləri avadanlığın mövcud tıxanma nöqtələrini tamamilə aradan qaldıraraq ən böyük transformator şəbəkələrində maksimal sürətə çatmağı mümkün edəcəyini qeyd edir. Şirkətin bu yanaşması, böyük dil modellərinin (LLM) demək olar ki, ani nəticələr verdiyi və daha inkişaf etmiş qabiliyyətlərə malik olduğu bir dövrün başlanğıcını göstərə bilər.

Bununla belə, "Fractile"ın performans iddiaları "Llama 2 70B" və "TensorRT-LLM" istifadə edən 8-bit kvantlaşdırılmış "Nvidia H100" GPU klasterlərinə əsaslanır. Lakin "Nvidia"nın yeni "H200" çipləri ilə hələ birbaşa müqayisə aparılmayıb. Bu da "Fractile"ın mümkün üstünlüklərini qiymətləndirərkən diqqət yetirilməli bir məqam kimi önə çıxır.

Yenə də "Fractile"ın fəaliyyəti şübhəsiz ki, sənayenin diqqətini çəkməyi bacarır. Pet Gelsingerin "LinkedIn"də etdiyi son paylaşımında vurğuladığı kimi, bu günün ən qabaqcıl SI modelləri avadanlıq texnologiyalarının məhdudiyyətləri səbəbindən potensiallarını tam şəkildə nümayiş etdirə bilmir. Buna görə də avadanlıq sahəsində baş verən hər bir yeni inkişaf, süni intellekt modellərinin imkanlarına birbaşa təsir göstərir. "Fractile", vəd etdiyi uğurun yalnız bir hissəsini belə reallaşdıra bilsə, sənayedə dərin bir transformasiya baş verə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->