Xəbər lenti

Ukrayna Kurskda Rusiya dron bazasını vurdu: 20-yə yaxın operator məhv edildi
Dünya 18:27 21.04.2025

Ukrayna Kurskda Rusiya dron bazasını vurdu: 20-yə yaxın operator məhv edildi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kursk vilayətində yerləşən və düşmənin zərbə dronlarının buraxıldığı bazaya uğurlu aviazərbə endirildiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə paylaşımında deyilir.

Məlumata görə, 19 aprel tarixində Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən Kursk vilayətinin Tyotkino yaşayış məntəqəsi yaxınlığında yerləşən və işğalçılar tərəfindən zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) buraxıldığı obyektə zərbə endirilib.

Ukrayna hərbçiləri qeyd edir ki, bu obyekt düşmən tərəfindən kəşfiyyat, zərbə və FPV-dronların hazırlanması, yüklənməsi və buraxılması üçün istifadə olunurdu.

Baş Qərargahın məlumatına əsasən, zərbə nəticəsində 20-yə qədər dron operatoru məhv edilib.

"Bu zərbəmiz düşmənin Ukrayna Ordusuna qarşı fəaliyyəti üçün ağrılı cavabdır. Ukrayna Silahlı Qüvvələri işğalçıların hərbi infrastruktur elementlərini məhv etməyə davam edəcək. Heç bir hərbi cinayət cəzasız qalmayacaq”, - məlumatda deyilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->