Xəbər lenti

Uitkoff sülh üçün Ukraynanın “5 ərazi”sinin Rusiyaya verilməsindən danışdı
Dünya 12:06 15.04.2025

Uitkoff sülh üçün Ukraynanın “5 ərazi”sinin Rusiyaya verilməsindən danışdı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ mediasına verdiyi müsahibədə ötən həftə Vladimir Putinlə keçirdiyi danışıqları "inandırıcı” adlandırıb və "beş ərazi” mövzusuna toxunub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb

Prezident Donald Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, o, Putinlə Ukraynada müharibəni bitirə biləcək və bəlkə də yeni biznes imkanlarına yol aça biləcək addımları müzakirə edib.

Uitkoff bildirir ki, Putin ondan "daimi sülh” təmin etməyi xahiş edib və bu nəticəyə gəlməyin "müəyyən vaxt” apardığını deyib.

Uitkoffun sözlərinə görə, ümumi razılaşmanın açarı "beş ərazi” ətrafında cəmlənib.

"Söhbət həmin beş deyilən əraziyə dair sülh sazişindən gedir, amma bu məsələ ondan qat-qat böyükdür”, – deyə o vurğulayıb.

O əlavə edib ki, "bəlkə də bütün dünya üçün çox-çox mühüm olacaq bir şeyin astanasındayıq”.

Bundan əlavə, Uitkoff Rusiya ilə ABŞ arasında münasibətlərin "çox cəlbedici kommersiya imkanları” vasitəsilə dəyişdirilə biləcəyini düşündüyünü və bunun regionda "gerçək sabitlik” təmin edəcəyini bildirib.

Xatırladaq ki, 11 aprel tarixində Uitkoff Sankt-Peterburqda Vladimir Putinlə görüş keçirib. Görüşdə Ukraynada münaqişənin mümkün nizamlanma yolları müzakirə olunub. Rusiya təbliğat mediasının məlumatına görə, danışıqlar 4,5 saat davam edib.

Bu, Uitkoffun Rusiya tərəfindən işğal olunmuş əraziləri "həllin” tərkib hissəsi kimi ilk dəfə dilə gətirməsi deyil.

Xüsusilə, o, Takker Karlsona verdiyi rezonanslı müsahibəsində bu münaqişədə "ən böyük problemin dörd region” olduğunu bildirmişdi. Onun fikrincə, söhbət "Donbas, Krım, Luqansk və daha iki ərazidən” gedir.

Bu cür bəyanatlardan sonra Reuters agentliyi yazmışdı ki, ABŞ prezidentinin nümayəndəsinin Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı bəzi addımları və açıqlamaları Ağ Evdə və Respublikaçılar Partiyasının daxilində narazılığa səbəb olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->