Xəbər lenti

Külli miqdarda vergi borcu olan şirkət müflis oldu, bağlanır
Ekonomiks 12:24 16.04.2025

Külli miqdarda vergi borcu olan şirkət müflis oldu, bağlanır

Külli miqdarda vergi borcu olan "Avrora 2022" şirkəti ləğv olunur.

İqtisadiyyat.az xəbər verir ki, şirkət ləğv olunduğunu elan edib.

Qeyd olunub ki, bununla əlaqədar olaraq kreditorlar iki ay ərzində tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Avrora 2022" MMC 2022-ci ildə 5 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Əbülfət Ərşad oğludur. Şirkətin bir müddətdir dövlət qarşısında vergi borcu yığılıb. MMC-nin hazırda vergi borcunun miqdarı 100 000 manatı ötüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->