50 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şirkət haqqında tərtib edilən inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təsdiq edilb.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, hüquqi şəxs tərəfindən 2023-cü ildə 50.078 (əlli min yetmiş səkkiz) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülüb, lakin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmayıb.
Məhkəmənin qərarı ilə hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 50.078 (əlli min yetmiş səkkiz) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 10.016 (on min on altı) ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Şərhlər