Xəbər lenti

Tutanxamon dövrünə aid qədim şəhər tapıldı (FOTO)
Dünya 23:39 15.04.2025

Tutanxamon dövrünə aid qədim şəhər tapıldı (FOTO)

Misirdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 14-cü əsrə aid, Tutanxamon dövrünə təsadüf edən böyük bir şəhər qalıqları üzə çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.

Qazıntılar zamanı alimlər eramızdan əvvəl 332-ci ilə aid yunan məskənini araşdırarkən, ondan min ildən artıq əvvələ aid olan, palçıq kərpiclə tikilmiş və tamamilə torpağın altında gizlənmiş qədim bir şəhər aşkar ediblər. Mütəxəssislərin fikrincə, bu şəhər Misirin qüdrətli XVIII sülaləsinin dövründə - Tutanxamonun atası Ehnatonun hakimiyyəti zamanında salınıb və daha sonra II Ramsesin dövründə genişləndirilib.



Qazıntılar zamanı çoxsaylı əşyalar, o cümlədən "Meritaton" (Tutanxamonun bacısı hesab edilən şahzadə) adına malik olan saxsı qab aşkarlanıb. Bundan əlavə, ərazidə II Ramsesə həsr olunmuş ibadətgah blokları, eləcə də hərbçilərlə əlaqəli yazıların yer aldığı qəbir abidələri tapılıb.

Tapılanlar arasında drenaj sistemi ilə təchiz olunmuş küçə də var. Alimlər hesab edirlər ki, bu şəhər mövsümi yaşayış məskəni və ya hərbi qarnizon kimi istifadə olunmuş təşkilatlanmış bir yaşayış məntəqəsi ola bilər.



Qeyd edək ki, bu yaxınlarda Misirdə təxminən 3600 il əvvələ aid, kimə məxsus olduğu hələ də müəyyənləşdirilməmiş böyük bir firon məzarı da aşkar edilmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->