Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun 2024-cü ilin aprel ayında vəzifəyə təyin etdiyi Anar Bahadır oğlu Süleymanov bu ilin aprel ayında işdən çıxarılıb.
Ajans.az-ın yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin işdən çıxarılan rəis müavini Anar Süleymanov saxlanılıb. Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən Ədliyyə Naziriliyinin Notariat İdarəsində aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunub.
Saytın əldə etdiyi digər məlumata görə, Anar Süleymanovun bir sıra Notariuslara verdiyi qeyri-qanuni tapşırıq və icra edilən sənədlərin yoxlanılması həyata keçirilib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən saytın sorğusuna cavab olaraq bildiriblər ki, Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən əməliyyat tədbirlərinin aparılması barədə nazirlikdə hər hansı məlumat yoxdur.
Aydın
Şərhlər