Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan üç tiktokerin həbs müddəti uzadılıb.
Qaynarinfo bu barədə lent.az-a istinadən xəbər verir.
Bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar verilib. Qərara əsasən, "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti bir, "Magerramoff" ləqəbli tiktoker Əmrah Məhərrəmov və "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti isə iki ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabrında saxlanılan hər üç tiktokerə arşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Şərhlər