Bakıda sərnişin avtobusu qəza törədib.
Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.
10 nömrəli marşrut avtobusu "Toyota Land Cruiser" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində xəsarət alanların olması barədə məlumat yoxdur.
"BakuBus"un mətbuat xidmətindən bildirilib ki, bu gün saat 08:55-də "BakuBus” MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yüngül yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qeyd olunub ki, avtobusu idarə edən sürücüsü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Şərhlər