Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyində Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib
Ekonomiks 12:52 29.04.2025

Dövlət Dəniz və Liman Agentliyində Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib

Dövlət Dəniz və Liman Agentliyində 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə keçirilən tədbir SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) müşahidə kart sistemin təşviqinə həsr olunub. 

Agentliyin SƏTƏM işləri üzrə baş mütəxəssisi Nigar Novruzova tədbirin məqsədindən danışaraq qeyd edib ki, əsas amalımız SƏTƏM mədəniyyətinin gücləndirilməsi və əməkdaşlar arasında təhlükəsizlik barədə məlumatlılığın artırılmasıdır. 

Tədbirdə SƏTƏM mədəniyyətinin mahiyyəti izah edilib. Həmçinin təhlükəsizlik məsələlərinə proaktiv yanaşmanın, davranışyönümlü təhlükəsizliyin və hər bir əməkdaşın bu sahədəki fərdi məsuliyyətinin əhəmiyyəti bir daha diqqətə çatdırılıb. 

Bu baxımdan təşviqinə başlanılan SƏTƏM müşahidə kart sisteminin tətbiqi yüksək qiymətləndirilib. 

Bildirilib ki, müşahidə kart sisteminin tətbiqi əməkdaşlara təhlükəli vəziyyətləri və davranışları vaxtında aşkarlamaq imkanı yaradacaq. 

Tədbir çərçivəsində iş mühitində rast gəlinə biləcək risklərə nümunə olaraq problemin operativ aradan qaldırılması üzrə görülən tədbirlər və təkliflər barədə fikir mübadiləsi aparılıb. 

Sonda Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə nümayiş olunan təqdimatda SƏTƏM müşahidələrinin statistik və analitik imkanları barədə məlumat verilib. 

Toplanmış məlumatların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində və risklərin vaxtında idarə olunmasındakı rolu vurğulanıb. 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->