Birləşmiş Ştatların Prezidenti Donald Trampın Rusiya Federasiyasına qarşı səbirli yanaşması bəzi insanlar tərəfindən səhv başa düşülə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Təmmi Brüsin brifinqdə Trampın sülh sazişinin bağlanması üçün son tarixini 10 günə endirməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Tramp ciddi yanaşılmalı bir şəxs olduğunu sübut edib, çünki onun sülh təşəbbüslərinin nəticələri "dünyanın hər yerində” görünür:
"O səbirli idi və bu, bəlkə də bəzi insanlar tərəfindən yanlış başa düşüldü, amma düşünürəm ki, artıq bu cür yanlış şərhlərin vaxtı keçib”.
Alpər
Şərhlər