Rusiya Federasiyasının şərqində yerləşən Kamçatka yarımadası sahillərində baş verən 8,8 bal gücündə zəlzələ dünya seysmoloji tarixində önəmli bir yerə sahib oldu. Bu zəlzələ, indiyədək qeydə alınan ən güclü 6-cı zəlzələ kimi tarixə düşdü. Bəs indiyədək hansı zəlzələlər daha güclü olub və hansı dağıntılara səbəb olublar?
Qaynarinfo xəbər verir ki, Yer kürəsi tarix boyu saysız-hesabsız zəlzələ ilə silkələnib. Bəziləri dəqiqələrlə davam edib, bəziləri isə qitələrin formasını dəyişib. Aşağıda qeydə alınmış ən böyük 10 zəlzələ və onların yaratdığı nəticələr təqdim edirik:
1. Çili, Valdivia - 22 may 1960-cı il
Gücü: 9,5 bal
Müddət: Təxminən 10 dəqiqə
Təsir: Tarixdəki ən güclü zəlzələ. Sunami bütün Sakit okeanı əhatə edib. 1655 nəfər ölüb, 2 milyon insan evsiz qalıb.
2. ABŞ, Alyaska - 28 mart 1964-ci il
Gücü: 9,2 bal
Təsir: ABŞ tarixinin ən güclü zəlzələsi. Sunami Kaliforniya və Oreqon sahillərini də vurub. 131 nəfər həlak olub.
3. İndoneziya, Sumatra - 26 dekabr 2004-ci il
Gücü: 9,1 bal
Təsir: 14 ölkəni əhatə edən sunami dalğaları 30 metrə çatıb. 227 mindən çox insan həyatını itirib.
4. Yaponiya, Sendai - 11 mart 2011-ci il
Gücü: 9,0 bal
Təsir: Fukuşima Nüvə Elektrik Stansiyası zərər görüb. 19.759 nəfər öldü, 2500-dən çox insan itkin düşüb.
5. Rusiya, Kuril adaları - 4 noyabr 1952-ci il
Gücü: 9,0 bal
Təsir: Sunami minlərlə kilometr uzaqlıqdakı Havay sahillərinə çatıb. Təxminən 2300 nəfər ölüb.
6. Rusiya, Kamçatka - 29 iyul 2025-ci il
Gücü: 8,8 bal
Təsir: Sakit okean boyunca sunami xəbərdarlığı verilib. Yaponiya, ABŞ və Havayda təxliyələr aparılıb.
7. Çili, Maule - 27 fevral 2010-cü il
Gücü: 8,8 bal
Təsir: 3 dəqiqə davam edib. 2 milyon insan təxliyə edilib, 1,5 milyon insan evsiz qalıb. Ölkənin mərkəzi hissəsi ciddi zərər görüb.
8. Ekvador-Kolumbiya - 31 yanvar 1906-cı il
Gücü: 8,8 bal
Təsir: Sunami Panama, Kosta Rika və Havaya qədər çatıb. 1000 nəfər həyatını itirib.
9. Alyaska, Rat adaları - 2 aprel 1965-ci il
Gücü: 8,7 bal
Təsir: Sunami panikaya səbəb olub, dalğalar Havaya qədər uzanıb.
10. İndoneziya, Sumatra - 28 mart 2005
Gücü: 8,6 bal
Təsir: Nias və Simeulue adalarında böyük dağıntılar yaşanıb. 1300 nəfər ölüb.
Bu zəlzələlər təkcə geofiziki hadisələr deyil, həm də yüz minlərlə insanın həyatını dəyişdirən, bəzən tarixə yön verən fəlakətlər kimi yadda qalıb.
Aydın
Şərhlər