Xəbər lenti

8.8 bal güclü zəlzələ niyə dağıntıya səbəb olmadı? - 9 gün əvvəlki sirr
Dünya 17:58 30.07.2025

8.8 bal güclü zəlzələ niyə dağıntıya səbəb olmadı? - 9 gün əvvəlki sirr

Kamçatka yarımadası 20 iyulda 7.4, 29 iyulda isə 8.8 bal gücündə iki böyük zəlzələ ilə silkələnib. Yalnız 9 gün aralıqla baş verən bu güclü təkanlar Sakit okean "od halqası" adlanan və dünyanın ən güclü zəlzələlərinin qeydə alındığı zonada baş verib. Maraqlıdır ki, 8.8 bal gücündəki bu zəlzələ dağıntılara və böyük itkilərə səbəb olmayıb. Mütəxəssislərə görə, bunun səbəbləri həm geoloji şərait, həm tikililərin xüsusiyyətləri, həm də vulkanik fəaliyyətlə bağlı erkən əlamətlərlə əlaqəlidir.

Qaynarinfo xəbər verir ki, Kamçatka adası 160 aktiv vulkan, geniş sahili və seysmik aktiv zonada yerləşməsi səbəbindən təbii fəlakətlər üçün əlverişli bir ərazidir. 20 iyulda baş verən 7.4 bal gücündəki zəlzələ 29 iyuldakı 8.8 bal gücündəki zəlzələnin "öncülü" kimi qiymətləndirilir. Doç. Dr. Bülent Özmen qeyd edir ki, bu zəlzələlər eyni qırılma xətti üzərində və qısa aralıqlarla meydana gəlib.

Kamçatkanın tarixi də bu cür güclü zəlzələlərlə doludur. Məsələn, 1737-ci ildə 9.3, 1952-ci ildə isə 8.2 bal gücündə iki meqa təkan qeydə alınıb. Ada əhalisi – təxminən 300 min nəfər – alçaq mərtəbəli və yüngül konstruksiyalı tikililərdə yaşayır. Bu isə can və mal itkisini minimuma endirir. Üstəlik, 8.8 bal gücündəki zəlzələnin episentri sahildən 90–100 kilometr məsafədə yerləşirdi, bu isə enerji itkisinin zəlzələnin təsirini zəiflətməsinə səbəb olub.

Vulkanların zəlzələdən əvvəl aktivləşməsi də diqqət çəkib. Kamçatka Vulkanik Partlayışlara Müdaxilə Qrupu (KVERT) tərəfindən yayımlanan hesabatlara əsasən, 11 və 14-17 iyul tarixlərində Klyuçevskoy vulkanında termal anomaliyalar müşahidə olunub. Hətta hava şəraiti müşahidələrə mane olsa da, havacılıq üçün xəbərdarlıq səviyyəsi narıncıda saxlanılıb.

Bununla belə, ODTÜ professoru Ahmet Cevdet Yalçıner bildirir ki, Kamçatkada vulkanik fəaliyyət zəlzələni tətikləmir. Onun fikrincə, burada əsas səbəb tektonik plitələrin toqquşması və biri digərinin altına doğru sürüşməsidir. Bu isə yerin alt qatında əriməyə səbəb olur və nəticədə vulkanik aktivlik yarana bilir. Lakin bu aktivlik 8.8 kimi böyük zəlzələlərə səbəb olmur.

Sunami riski Kamçatka üçün həmişə aktualdır. Lakin 29 iyuldakı zəlzələnin 20.7 km dərinlikdə olması dalğaların gücünü azaldıb. Bu da 2011-ci ildə Yaponiyada yaşanan faciənin təkrarlanmasının qarşısını alıb. Ən yaxın sahil Kamçatkada yerləşirdi və burada dalğaların hündürlüyü 4-5 metrə qədər ölçülüb. Dalğalar Havay və Yaponiyaya çatanda isə daha zəif olub.

Prof. Dr. Ahmet Cevdet Yalçıner izah edir ki, zəlzələnin ocağının dərinliyi nə qədər böyükdürsə, yer səthindəki təsiri o qədər az olur və tsunami dalğaları da zəifləyir. Əgər 7.4 bal gücündəki əvvəlki zəlzələ yerin yalnız 10 km dərinliyində yox, 8.8 kimi daha güclü olsaydı, fəlakət daha böyük miqyasda ola bilərdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->