Xəbər lenti

Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər
Ölkə 17:50 30.07.2025

Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər

"Yaxın günlərdə ittifaqların sayı arta, Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər".

Bunu Qaynarinfo-ya meyxanaçı Ağamirzə Məmmədov deyib. 

O, həmkarlarının bir qurumda birləşməsini daha məqsədəuyğun hesab edir:

"Meyxanaçıların bəziləri Yazıçılar Birliyinə üzv olub. Amma mən heç bir quruma üzv olmamışam. Düşünürəm ki, hər hansı birliyə üz tutsam, orada problem yaşamaram. Fikrimcə, meyxanaçılar da bir qurumda birləşə bilər".

Meyxanaçı Ağamirzə Meyxanaçılar Birliyinin yaranmasının yaxşı bir ideya adlandırıb:

"Belə bir layihə ətrafında fikirləşməyə dəyər".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->