Xəbər lenti

Vüqar Qurbanovdan yeni təyinatlar
Ölkə 20:49 30.07.2025

Vüqar Qurbanovdan yeni təyinatlar

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Belə ki, Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcək.

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində çalışıb.
Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca həkim reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->