Xəbər lenti

İdman 23:53 30.07.2025

"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu, Şimali Makedoniya təmsilçisi "Şkendiya”dır.

II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn "Şkendiya”, səfərdə də 2:1 hesablı qələbə qazanaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, II təsnifat mərhələsində İrlandiyanın "Şelburn” komandasına iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn "Qarabağ” növbəti raunda adlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->