Xəbər lenti

Süni intellekt həkimlərin gözündən qaçan süd vəzisi xərçənginin 30 faizini aşkarladı
Sağlamlıq 21:44 30.07.2025

Süni intellekt həkimlərin gözündən qaçan süd vəzisi xərçənginin 30 faizini aşkarladı

Harvard Universitetinin alimləri tərəfindən aparılan tədqiqat süni intellekt (Al) sistemlərinin süd vəzisi xərçənginin aşkarlanmasında həkimlərdən daha effektiv ola biləcəyini ortaya qoyub. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri Şimali Amerika Radiologiya Cəmiyyətində (RSNA) təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, süni intellekt əl ilə aparılan diaqnostika zamanı diqqətdən kənarda qalan halların təxminən 32 faizini – yəni 224 şişdən 73-nü – dəqiq şəkildə müəyyən edə bilib.

Çox ölkələrdə qadınlar dövri olaraq mammoqrafik yoxlamalardan keçsələr də, ən təhlükəli hesab olunan xərçəng formaları məhz bu müayinələr arasında – "intervallar dövründə” inkişaf edən şişlərdir. Belə şişlər adətən daha aqressiv xarakter daşıyır, qeyri-tipik formaya malik olur və bəzən sıx toxumalar arxasında gizləndiyi üçün ikiölçülü rentgen görüntülərində görünmür.

Harvard Universitetinin dosenti Manişa Bal qeyd edib ki, süni intellekt təkcə şişlərin mövcudluğunu müəyyənləşdirməklə kifayətlənməyib, eyni zamanda onların dəqiq sərhədlərini də müəyyən edə bilib. Onun sözlərinə görə, bu texnologiya gələcəkdə süd vəzi xərçənginin diaqnostikasında "ikinci rəy aləti” kimi vacib rol oynaya bilər.

Tədqiqat müəllifləri hesab edir ki, süni intellektin mammoqrafik prosedurlara inteqrasiyası diaqnostikanın dəqiqliyini artırmaqla yanaşı, lazımsız təkrarlanan müayinələrin sayını da azalda bilər. Bu xüsusilə vaxtında aşkar edilmədikdə həyati təhlükə yaradan aqressiv xərçəng növlərinin aşkarlanması baxımından olduqca önəmlidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->