ABŞ Olimpiya və Paralimpiya Komitəsinin (USOPC) baş direktoru Sara Hirşland transgenderlərin qadın turnirlərində iştirakının qadağan edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Yenilənmiş siyasətimiz qadın yarışları üçün ədalətli və təhlükəsiz şəraitin təmin edilməsinin vacibliyini vurğulayır. Bütün milli federasiyalar qaydalarını bu prinsiplərə uyğunlaşdırmalıdır", deyə Hirşland bildirib.
2025-ci il aprelin 4-də ABŞ Qılıncoynatma Assosiasiyası ("USA Fencing") qadın qılıncoynadan Stefani Törnerin trans idmançı Redmond Sallivanla qarşılaşmaqdan imtina etməsinə görə diskvalifikasiya edildiyini elan edib.
Hadisə martın 30-da regional yarışlar zamanı baş verib. Növbəti döyüşdən əvvəl Törner maskasını çıxarıb və Sallivanla döyüşməyə etiraz əlaməti olaraq bir dizinin üstə çöküb.
Aydın
Şərhlər