Xəbər lenti

Avropa Komissiyasının rəhbəri: Dünya həmişəlik dəyişdi
Dünya 19:12 23.07.2025

Avropa Komissiyasının rəhbəri: Dünya həmişəlik dəyişdi

"Dünya nizamı əbədi dəyişdi".

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.

"Dünya həmişəlik dəyişib. Burada başlanğıc nöqtəsi dünyaya olduğu kimi baxmaq zərurətidir", deyə o qeyd edib.

"Politico" qeyd edir ki, AK rəhbərinin bəyanatı ABŞ prezidenti Donald Trampın diplomatiyaya yanaşmasının onun iddia edilən təhdidedici mövcudluğu ilə birlikdə Aİ-nin siyasi isteblişmentini nə qədər sarsıtdığını və Avropanı regionun təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməyə məcbur etdiyini nümayiş etdirir.

Daha əvvəl fon der Leyen demişdi ki, Rusiyaya qarşı son, 18-ci sanksiyalar paketi Avropanın Rusiyanın hərbi maşınının tam ürəyinə zərbə vurduğunu göstərir. Paket neft daşıyan Rusiya gəmilərinə məhdudiyyətlər, bir sıra banklara qarşı tədbirlər, fiziki və hüquqi şəxslərin qara siyahısının genişləndirilməsi, ikili təyinatlı mal və texnologiyaların ixracına qadağa daxildir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->