Xəbər lenti

Ucarda ağır qəza - 11 yaralı (FOTO)
Foto 22:14 23.07.2025

Ucarda ağır qəza - 11 yaralı (FOTO)

Ucarda ağır yol qəzası baş verib, 11 nəfər yaralanıb.

"Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes sprinter” və "Mercedes Vito” markalı avtomobillər toqquşub.

Hadisə zamanı yaralanan şəxslər aşağıdakılardır:

1962-ci il təvəllüdlü Cəmilə İbrahimova, 1988-ci il təvəllüdlü Rauf İmanov, 2024-cü il təvəllüdlü Əsra İmanova, 2022-ci il təvəllüdlü Leyla İmanova, 1994-cü il təvəllüdlü Zərnigar İmanova, 1987-ci il təvəllüdlü Fərqanə Məhərrəmova, 1992-ci il təvəllüdlü İsmət İbrahimli, 1992-ci il təvəllüdlü Aybəniz Abdullayeva və 1986-cı il təvəllüdlü Əlövsət Məhərrəmov, Behçəli Fərid Pərviz oğlu, 2017-ci il təvəllüdlü Xədicə Məhərrəmova

Qeyd edək ki, xəsarət alan şəxslər Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->