Xəbər lenti

Vəziyyət kritikdir: ABŞ-ın yeni sualtı qayıq layihəsinin dəyəri 1,7 milyard dollar artıb
Dünya 19:51 23.07.2025

Vəziyyət kritikdir: ABŞ-ın yeni sualtı qayıq layihəsinin dəyəri 1,7 milyard dollar artıb

ABŞ-ın yeni "Columbia" sinifli strateji sualtı qayığının inşası 1,7 milyard dollar bahalaşıb və hazırda layihənin ümumi dəyəri ən azı 16,1 milyard dollar təşkil edir. Bu isə 2021-ci ildə ilkin maliyyələşdirmə zamanı planlaşdırılandan 12% çoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qiymətin artmasının iki əsas səbəbi göstərilir:

1. 60% artım materiallar və əməkhaqqı üzrə inflyasiya ilə bağlıdır;
2. Qalan hissə isə "General Dynamics" və "HII" şirkətlərinin aşağı məhsuldarlığı ilə əlaqədardır.

ABŞ Hökumət Hesabatlığı İdarəsinin satınalmalar üzrə direktoru Şelbi Oukli bildirib ki, xərclərin gələcəkdə daha da artması mümkündür.

Layihə artıq təqvimdən 17 ay geri qalır – təhvil verilmə tarixi oktyabr 2027-ci il üçün planlaşdırılmışdı. ABŞ Hərbi Dəniz Qüvvələri vəziyyəti "kritik" adlandırır. ABŞ Senatında isə artıq Donanma rəhbəri vəzifəsinə namizəd admiral Daril Kodldan xərclərin artma səbəblərinə dair izahat tələb etməyə hazırlaşırlar.

Qeyd edək ki, Columbia sinfi ABŞ-ın nüvə triadasının modernləşdirilməsində əsas elementlərdən biri hesab olunur. ABŞ Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, podratçı şirkətlər maliyyə məsuliyyəti daşıyırlar: büdcə həddinin nə qədər çox aşılması baş verərsə, onların gəliri bir o qədər azalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->