Xəbər lenti

Ekonomiks 18:08 23.07.2025

"ASAN Xidmət" deputata məxsus mebel şirkətindən 745 minlik geyim alır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) "Embawood" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo xəbər verir ki, qurum şirkətdən xüsusi geyim formaları almağı planlaşdırır. Satınalma müqaviləsinin maliyyə dəyəri 745 116,9 manatdır. 

"Embawood" şirkəti 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3 750 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur. 
Mediada gedən məlumatlara görə isə "Embawood"un təsisçilərindən biri Məşhur Məmmədovdur. 

Məşhur Məmmədov deputatdır. Onunla bağlı biorafik məlumatlarda qeyd edilir ki, 2002-2009-cu illərdə "Embawood" MMC-nin direktoru, 2009-2011-ci illərdə "Embawood İnşaat" MMC-nin direktoru, 2011-2014-cü illərdə "Embawood" MMC-nin baş direktorunun birinci müavini, 2014-2020-ci illərdə "Progress Construction" MMC-nin direktoru vəzifələrində çalışıb. 

"Embawood" mebel şirkətidir. Bu barədə şirkətin rəsmi saytında da qeyd edilib. Maraqlıdır ki, "ASAN Xidmət" mebel şirkətindən geyim alır.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->